Avropa Liqası: "Qarabağ" ilk ev oyununu keçirəcəyi stadionu açıqladı

Avropa Liqası: "Qarabağ" ilk ev oyununu keçirəcəyi stadionu açıqladı "Qarabağ" komandasının UEFA Avropa Liqasının I qrupunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi ev matçının stadionu bəlli olub.
Futbol
22 Oktyabr , 2020 20:15
Avropa Liqası: Qarabağ ilk ev oyununu keçirəcəyi stadionu açıqladı

"Qarabağ" UEFA Avropa Liqasının I qrupundakı ilk ev matçının keçiriləcəyi stadionu açıqlayıb.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Vilyarreal"ına qarşı ikinci turdakı oyun Türkiyədə gerçəkləşəcək.

Qarşılaşma oktyabrın 29-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, "Qarabağ" ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.

Ölkə çempionu ilk tur çərçivəsində bu gün Təl-Əvivdə İsrailin "Makkabi" komandasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi