​"Qarabağ" - "Viktoriya Plzen" qarşılaşmasının biletləri sabah satışa çıxarılır

​"Qarabağ" - "Viktoriya Plzen" qarşılaşmasının biletləri sabah satışa çıxarılır Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir
Futbol
147
29 İyul , 2016 18:48
​Qarabağ - Viktoriya Plzen qarşılaşmasının biletləri sabah satışa çıxarılır

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə avqustun 2-də son Çexiya çempionu "Viktoriya Plzen"i qəbul edəcək. 

"Report" klubun saytına istinadla xəbər verir ki, bu qarşılaşmanın biletləri sabahdan - iyulun 30-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

Qiymətlər belədir: 

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN

Xatırladaq ki, "Qarabağ" - "Viktoriya Plzen" matçı avqustun 2-si saat 20:30-da start götürəcək. Tərəflər arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi