"Qarabağ" – "Viktoriya" oyununun hakimləri açıqlanıb

"Qarabağ" – "Viktoriya" oyununun hakimləri açıqlanıb VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaq
Futbol
15 Avqust , 2022 09:58
Qarabağ – Viktoriya oyununun hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi