"Qarabağ" və "Sumqayıt" autsayderləri sınağa çəkir - AFİŞA

"Qarabağ" və "Sumqayıt" autsayderləri sınağa çəkir - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək
Futbol
13 Mart , 2021 07:30
Qarabağ və Sumqayıt autsayderləri sınağa çəkir - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ" və 16 xalla sonuncu sırada yer alan "Sabah" komandaları üz-üzə gələcəklər. Visente Qomeslə vidalaşan Masazır təmsilçisini "Azersun Arena"dakı matça baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev çıxaracaq.

Klublar ölkə çempionatında 9 dəfə bir-birlərinə rəqib olublar. Bu görüşlərin 6-da Ağdam təmsilçisi qələbə qazanıb, 3 oyun heç-heçə başa çatıb. "Sabah" indiyədək "köhlən atlar"ı məğlub edə bilməyib. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv 4 oyundur evdə qol buraxmır. Topların fərqi də "Qarabağ"ın xeyrinədir - 14:3.

Günün son qarşılaşması Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena"da "Keşlə"ni sınağa çəkəcək. Bu, komandaların Premyer Liqada 34-cü dueli olacaq. Əvvəlki 33 oyunun 8-də meydan sahibləri, 16-da qonaqlar qalib gəliblər. Paytaxt klubunun vurduğu 49 qola "gənclik şəhəri" təmsilçisi 32 topla cavab verib. Son 3 görüşdə meydan sahibi olan komanda qələbə qazanmayıb. “Sumqayıt” son 3 ev oyununda qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

XX tur

13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah”
Hakimlər:
Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”

19:15. “Sumqayıt” – “Keşlə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi