"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB Avropa Liqasının "pley-off" mərhələsinin püşkü atılıb
Futbol
5 Avqust , 2016 15:17
Qarabağ və Qəbələnin Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

Bakı. 5 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.

"Qarabağ" Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün İsveçin "Göteborq", "Qəbələ" isə Sloveniyanın "Maribor" klubunu mübarizədən kənarlaşdırmalıdır. Püşkə əsasən, hər iki komanda ilk oyunu səfərdə keçirməlidir. Bu halda ya onların oyunlarının yerləri, ya da vaxtları dəyişdirilməlidir. 

"Astana" (Qazaxıstan) BATE (Belarus)
"Midyullend" (Danimarka) "Osmanlıspor" (Türkiyə)
"Lokomotiva" (Xorvatiya) "Genk" (Belçika)
"Dinamo" (Tbilisi, Gürcüstan) PAOK (Yunanıstan)
"Beytar" (İsrail) "Sent-Etyen" (Fransa)
"Maribor"(Sloveniya) "Qəbələ" (AZƏRBAYCAN)
"Astra" (Rumıniya) "Vest Hem" (İngiltərə)
"Bröndbü" (Danimarka) "Panatinaikos" (Yunanıstan)
"Gent" (Belçika) "Şkendiya" (Makedoniya)
"Sanderjuske" (Danimarka) "Sparta" (Çexiya)

"Sassuolo" (İtaliya) "Srvena Zvezda" (Serbiya)
"Makkabi" (Təl-Əviv, İsrail) "Hayduk" (Split, Xorvatiya)
"Göteborq" (İsveç) "Qarabağ" (AZƏRBAYCAN)
"Arauko" (Portuqaliya) "Olimpiakos" (Yunanıstan)
"Trençin" (Slovakiya). "Rapid" (Avstriya)
AEK (Kipr) "Slovan" (Çexiya)
"Austriya" (Avstriya) "Rosenborq" (Norveç)
"Voyvodina" (Serbiya) "AZ Alkmaar" (Hollandiya)
"Slaviya" (Çexiya) "Anderlext" (Belçika)
"Fənərbağça" (Türkiyə) "Qrasşoppers" (İsveçrə)
"Krasnodar" (Rusiya) "Partizani" (Albaniya)
"Başakşehir" (Türkiyə) "Şaxtyor" (Ukrayna)

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları avqustun 18 - 25-də keçiriləcək.

*** 11:28. "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsi üçün potensial rəqiblərinin sayı 6-ya enib

Futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsinin püşkü üçün "Qarabağ" və "Qəbələ" klublarının potensial rəqiblərinin sayı 6-ya enib. "Report"un məlumatına görə, səpələnmişlər səbətində yer alan "Qarabağ" 4-cü qrupa düşüb.

Ağdam komandası "Şkendiya" (Makedoniya), "Başakşehir" (Türkiyə), "Göteborq" (İsveç), "Srvena Zvezda" (Serbiya), "Sanderjuske" (Danimarka) və ya "Hayduk" (Split, Xorvatiya) ilə üz-üzə gələ bilər. Potensial rəqiblərdən "Şkendiya" Avroliqanın II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb - 1:1, 1:0. 

Səpələnməmişlər səbətindəki "Qəbələ" isə 3-cü qrupda yer alıb. Bu komandaya "Anderlext" (Belçika), "Vest Hem" (İngiltərə), "Krasnodar" (Rusiya), "Maribor" (Sloveniya), "Fənərbağça" (Türkiyə) və ya "Panatinaikos" (Yunanıstan) klublarından biri rəqib olacaq. "Panatinaikos"la "Krasnodar" ötən mövsüm Avroliqada "Qəbələ"nin müvafiq olaraq, "pley-off" və qrup mərhələsində rəqibləri olub. "Qırmızı-qaralar" məhz "pley-off"da Yunanıstan klubunu evdə 0:0, səfərdə 2:2 hesablı heç-heçələr nəticəsində üstələyib. "Anderlext" isə "Qarabağ"la eyni qrupda çıxış edib. 

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi