"Qarabağ" və "Neftçi"nin veteran futbolçuları Qəbələdə yoldaşlıq görüşü keçirib

"Qarabağ" və "Neftçi"nin veteran futbolçuları Qəbələdə yoldaşlıq görüşü keçirib Qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Futbol
2 İyun , 2015 19:11
Qarabağ və Neftçinin veteran futbolçuları Qəbələdə yoldaşlıq görüşü keçirib

Qəbələ. 2 iyun. REPORT.AZ/ Bu gün "Qarabağ" və "Neftçi" komandalarının veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, görüş Qəbələ şəhər stadionunda baş tutub.

Bir saat davam edən matçın ilk 25 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissədə "Neftçi"nin heyətində Xaqani Məmmədov rəqib qapısına yol tapa bilib. Oyunun sonlarına yaxın baş hakim "Neftçi"nin qapısına penalti zərbəsi təyin etsə də, Emin Salmanov fürsəti boşa verib. Son dəqiqələrdə Kənan Kərimov hesabı bərabərləşdirə bilib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Veteran futbolçuların matçını sabiq FİFA referisi Tahir Süleymanov idarə edib. Ona bu işdə Sabir Hacıyev və Azad Hüseynov kömək edib.

Komandalar meydana bu heyətlə çıxıblar:

"Qarabağ": Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov.

Baş məşqçi: Ağasəlim Mircavadov.

"Neftçi": Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Vidadi Rzayev, Mais Əzimov, Rasim Abuşov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Füzuli Məmmədov, Xaqani Məmmədov, Əli Abuşov, Bəxtiyar Musayev.

Baş məşqçi: Böyükağa Ağayev.

Son xəbərlər

Orphus sistemi