"Qarabağ" və "Neftçi"nin sabiq legioneri 4-cü liqa klubuna keçib

"Qarabağ" və "Neftçi"nin sabiq legioneri 4-cü liqa klubuna keçib "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye karyerasını Polşanın "Veçista" komandasında davam etdirəcək.
Futbol
15 Noyabr , 2021 17:14
Qarabağ və Neftçinin sabiq legioneri 4-cü liqa klubuna keçib

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye karyerasını Polşanın "Veçista" komandasında davam etdirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi Krakov təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.

32 yaşlı oyunçu 4-cü liqa klubunda 96 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

Son xəbərlər

Orphus sistemi