"Qarabağ" və "Neftçi" klubları cərimələnib

"Qarabağ" və "Neftçi" klubları cərimələnib AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.
Futbol
734
26 Noyabr , 2021 13:53
Qarabağ və Neftçi klubları cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.

"Report"un məlumatına görə, səbəb kimi hər iki komandanın Azərbaycan Premyer Liqasının XI turunda keçirdiyi ev oyunlarında azarkeşlərin davranışları göstərilib.

"Qarabağ"ın "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra meydana fanat daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 1 600 manat cərimələnib.

Eyni hal "Neftçi"nin "Sabah"a 1:2 hesabı ilə uduzduğu görüşdə də təkrarlanıb. Oyun zamanı isə flaqman fanatları meydana kənar əşyalar atıblar. Nəticədə "ağ-qaralar" hər iki olayla əlaqədar ümumilikdə 3 200 manat ziyana düşüblər.

Son xəbərlər

Orphus sistemi