"Qarabağ" Antalya toplanışına məğlubiyyətlə başlayıb, "Sabah" ikinci oyunda heç-heçə edib

"Qarabağ" Antalya toplanışına məğlubiyyətlə başlayıb, "Sabah" ikinci oyunda heç-heçə edib Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Qarabağ ilk yoxlama oyununu keçirib.
Futbol
110
16 Yanvar , 2019 19:52
Qarabağ Antalya toplanışına məğlubiyyətlə başlayıb, Sabah ikinci oyunda heç-heçə edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Macarıstan "Uypeşt"i ilə üz-üzə gəlib. Belek qəsəbəsindəki "Gloria Sports Arena"da baş tutmuş qarşılaşma Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandası isə toplanış çərçivəsində ikinci oyununa çıxıb. İlk yoxlama matçında Türkiyə "Eskişehirspor"unu 1:0 hesabı ilə üstələyən komanda Qazaxıstan "Tobol"u ilə heç-heçə edib - 2:2. "Sabah"ın qollarına 39-cu dəqiqədə Rəşad Eyubov, 56-cı dəqiqədə isə Cavid İmamverdiyev imza atıb. 

Qeyd edək ki, bu gün digər üç yoxlama oyununda "Səbail" Macarıstan "Aqvital"ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt" Qazaxıstanın "Jetısu" kollektivi ilə heç-heçə edib - 1:1. "Qəbələ" isə Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Meppen" klubuna uduzub - 1:2. 

Son xəbərlər

Orphus sistemi