"Qarabağ" - "Sumqayıt" oyunundan sonra insident baş verib

"Qarabağ" - "Sumqayıt" oyunundan sonra insident baş verib "Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyundan sonra insident baş verib.
Futbol
12 May , 2022 21:41
Qarabağ - Sumqayıt oyunundan sonra insident baş verib

"Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyundan sonra insident baş verib.

"Report"un məlumatına görə, final fitindən sonra "köhlən atlar"ın futbolçusu Qara Qarayev rəqib oyunçu Dmitri Nağıyevlə mübahisə edib.

Daha sonra "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Vüqar Mustafayev hadisəyə qarışıb. Komanda yoldaşları futbolçuları çətinliklə sakitləşdirib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi