"Qarabağ" klubu "Sumqayıt"a böyük hesabla qalib gəlib

"Qarabağ" klubu "Sumqayıt"a böyük hesabla qalib gəlib Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub
Futbol
13 Dekabr , 2016 20:06
Qarabağ klubu Sumqayıta böyük hesabla qalib gəlib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

"Report"un məlumatına görə, sonuncu görüş "Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilib.

Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib. "Qarabağ"ın heyətində Riçard Almeyda və Dino Ndlovu penalti zərbələrini dəqiq yerinə yetiriblər. Coşqun Diniyev və Namiq Ələsgərov hərəyə bir dəfə fərqləniblər. Komandanın digər üzvü Mahir Mədətov isə dubl edib.

"Azərsun Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mərhələnin cavab oyunları bu il dekabrın 21-də reallaşacaq.

Son xəbərlər

Orphus sistemi