"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib

"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Futbol
10 Aprel , 2022 20:23
Qarabağ Sumqayıta böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionatın lideri "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. 14 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" isə evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi