"Qarabağ" - "Sileks" oyununda ikinci hissə başladı

"Qarabağ" - "Sileks" oyununda ikinci hissə başladı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçı başlayıb.
Futbol
1516
18 Avqust , 2020 21:02
Qarabağ - Sileks oyununda ikinci hissə başladı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "Qarabağ" birinci yarıda vurduğu 2 qolla hesabda öndədir.

Ağdam klubunun heyətində 11-ci dəqiqədə Xayme Romero, 40-cı dəqiqədə Donald Gerye fərqlənib.

21:02

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, birinci hissədən sonra Ağdam təmsilçisi 2:0 hesabı ilə öndədir.

Qolları 12-ci dəqiqədə Xayme Romero, 40-cı dəqiqədə Donald Gerye vurublar.

20:47

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında hesab dəyişib.

"Report"un məlumatına görə, 40-cı dəqiqədə "Qarabağ"ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib.

20:40

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında hesab açılıb. 

"Report"un məlumatına görə, 11-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Xayme Romero fərqlənib. İspaniyalı yarımmüdafiəçi bu mövsüm Azərbaycan klublarının avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb. 

20:11

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçı başlayıb. 

"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb.

Son xəbərlər

Orphus sistemi