"Qarabağ" səfərdə məğlubiyyətsiz oyunlar sayını 15-ə çatdırıb

"Qarabağ" səfərdə məğlubiyyətsiz oyunlar sayını 15-ə çatdırıb Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb
Futbol
223
18 Aprel , 2021 14:49
Qarabağ səfərdə məğlubiyyətsiz oyunlar sayını 15-ə çatdırıb

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”in qonağı olan “Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüşdə “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən, 11 oyunu cari mövsümdə gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi