"Qarabağ" - "Səbail" oyununun hakimləri açıqlandı

"Qarabağ" - "Səbail" oyununun hakimləri açıqlandı Qarşılaşmanı Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək
Futbol
27 Yanvar , 2021 12:04
Qarabağ - Səbail oyununun hakimləri açıqlandı
Elçin Məsiyev

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Qarabağ” – “Səbail” görüşünün bütün təyinatları müəyyənləşib.

"Report" xəbər verir ki, qarşılaşmanı Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Kamran Bayramov köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək. Ömər Paşayev hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsi olacaq.

Qeyd edək ki, yanvarın 28-də keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi