"Qarabağ" "Səbail"i məğlub edib

"Qarabağ" "Səbail"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Futbol
2 Fevral , 2020 19:23
Qarabağ Səbaili məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

"Report"un məlumatına görə, günün ikinci matçında "Səbail" "Qarabağ"ı qəbul edib.

"ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Görüşdəki yeganə qolu 81-ci dəqiqədə Mahir Emreli vurub.

Bu qələbədən sonra Ağdam təmsilçisi 34-cü xalını qazanıb və liderliyini möhkəmləndirib. "Səbail" isə 12 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. İlk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1

Son xəbərlər

Orphus sistemi