"Qarabağ" "Səbail"i məğlub edib - VİDEO - FOTO

"Qarabağ" "Səbail"i məğlub edib - VİDEO - FOTO Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Futbol
102
28 Oktyabr , 2019 20:49
Qarabağ Səbaili məğlub edib - VİDEO - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.

Bu nəticədən sonra "Qarabağ" 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. "Səbail" isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi