"Qarabağ" - "Şaxtyor" matçının başlama saatı müəyyənləşib

"Qarabağ" - "Şaxtyor" matçının başlama saatı müəyyənləşib Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Qarabağın sonuncu oyununun başlama saatı açıqlanıb.
Futbol
25 yanvar 2019 08:55
Qarabağ -  Şaxtyor matçının başlama saatı müəyyənləşib

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın sonuncu oyununun başlama saatı açıqlanıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisinin Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə matçı yanvarın 26-da üz-üzə gələcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 12:00-da çalınacaq. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq. 

Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını məğlub edib - 3:1 və Polşa "Pyast"ı ilə heç-heçə edib - 1:1. Komandanın Rumıniya "Botoşani"si ilə görüşü isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi