“Qarabağ” - “Samtredia” oyunu üçün biletlərin qiymətləri açıqlanıb

“Qarabağ” - “Samtredia” oyunu üçün biletlərin qiymətləri açıqlanıb VİP biletlərin dəyəri 30 manat təşkil edir
Futbol
107
4 İyul , 2017 14:50
“Qarabağ” - “Samtredia” oyunu üçün biletlərin qiymətləri açıqlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ Ağdamın "Qarabağ" komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilk oyunu üçün biletlərin satışa çıxarılacağı tarixi və qiymətləri açıqlayıb.

“Report”un məlumatına görə, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 manat arasında dəyişir. VİP biletlərin dəyəri isə 30 manat təşkil edir. Azarkeşlər iyulun 7-dən etibarən biletləri əldə edə biləcəklər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi