"Qarabağ" "Sabah"ı məğlub etdi

"Qarabağ" "Sabah"ı məğlub etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Futbol
856
22 Avqust , 2020 21:52
Qarabağ Sabahı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Azersun Arena"da "Qarabağ" "Sabah"ı qəbul edib. FIFA referisi Rəhim Həsənovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 45-ci və 68-ci dəqiqələrdə Mahir Emreli vurub. 

Turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0, "Neftçi" evdə "Səbail"i 2:1 hesabı ilə yenib. Bu nəticələrdən sonra "Qarabağ" daha yaxşı top fərqi ilə liderliyə yüksəlib. 

Qeyd edək ki, tura avqustun 23-də "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi