"Qarabağ" "Sabah"a qalib gəldi

"Qarabağ" "Sabah"a qalib gəldi 2020/2021 mövsümünə hazırlaşan "Qarabağ" və "Sabah" komandaları növbəti dəfə yoxlama oyunu keçiriblər.
Futbol
11 Avqust , 2020 22:14
Qarabağ Sabaha qalib gəldi

2020/2021 mövsümünə hazırlaşan "Qarabağ" və "Sabah" komandaları növbəti dəfə yoxlama oyunu keçiriblər.

"Report"un məlumatına görə, tərəflər bu dəfə "Azersun Arena"da üz-üzə gəliblər.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də canlı izlədiyi görüşdə Ağdam klubu qələbə qazanıb.

Oyunda hesab ilk hissədə açılıb. "Qarabağ"ın yeni transferi Uroş Matiç penaltidən vurduğu qolla komandasını önə çıxarıb. İkinci hissədə isə Mahir Emreli fərqi artırıb - 2:0. Görüş elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, komandaların Qəbələdəki ilk duelində "Sabah" rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər

Orphus sistemi