"Qarabağ" - "Roma" matçı Çempionlar Liqasında II turun ən çox izlənilən oyunu olub

"Qarabağ" - "Roma" matçı Çempionlar Liqasında II turun ən çox izlənilən oyunu olub Matçda 67200 tamaşaçı olub
Futbol
28 Sentyabr , 2017 11:52
Qarabağ - Roma matçı Çempionlar Liqasında II turun ən çox izlənilən oyunu olub
Report/ Firi Salim

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının II turunda ən çox tamaşaçı "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasındakı oyunda olub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanı 67200 nəfər izləyib. Matç "Roma"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu oyun Almaniyanın Dortmund şəhərində "Borussiya" ilə İspaniya "Real Madrid"ini üz-üzə gətirən görüşü də arxada qoyub. "Signal İduna Park"da qonaqların 3:1 hesablı qələbə qazandığı oyuna 65849 nəfər baxıb.

Üçüncü yerdə İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klublarının "Metropolitano"da üz-üzə gəldiyi qarşılaşma qərarlaşıb. 60643 nəfərin izlədiyi Madriddəki görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Ən azı tamaşaçı isə Fransa "Monako"su ilə Portuqaliya "Portu"su arasındakı görüşdə olub. Qonaqların 3:0 hesabı ilə qalib gəldiyi matçı 11703 nəfər izləyib.

Qeyd edək ki, turun 16 oyunundan yarısı qonaqların qələbəsi ilə yekunlaşıb. Bir görüşdə isə qalib müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi