​"Qarabağ" klubu legioner limitinin dəyişdirilməsinə qarşı çıxıb

​"Qarabağ" klubu legioner limitinin dəyişdirilməsinə qarşı çıxıb Tahir Gözəl: "Biz öz gücümüzlə azəbaycanlı futbolçuları yetişdirməliyik və onlarla uğur əldə etməliyik"
Futbol
12 Dekabr , 2014 16:34
​Qarabağ klubu legioner limitinin dəyişdirilməsinə qarşı çıxıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl futbol üzrə Topaz Premyer Liqasında legioner limitinin dəyişdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Report"un məlumatına görə, bu gün keçirilən mətbuat konfransında klub rəsmisi bunun əleyhinə olduğunu söyləyib.

O vurğulayıb ki, limit olmasa, hər bir komanda heyətə çoxlu legioner cəlb etməklə qısa zamanda uğur qazana bilər. Lakin T.Gözəl bu cür uğuru deyil, öz gücləri ilə yetişdirilən azərbaycanlı futbolçular istədiyini açıqlayıb: "İndiki sxem elə qurulub ki, hər kəs tezliklə uğur qazanır. Limit çox olsa, legionerlə gedib uğur qazanmaq asandır. Təbii ki, futbolçu yerli olmasa da, ad baxımından nailiyyət olacaq. Ancaq mən ürəklə "legioner limiti artırılsın" deyə bilmərəm. Biz öz gücümüzlə azərbaycanlı futbolçuları yetişdirməliyik və onlarla uğur əldə etməliyik".

Qeyd edək ki, hazırkı əsasnaməyə görə, Topaz Premyer Liqasında klubların start heyətində maksimum 6 əcnəbinin meydana çıxmasına icazə verilir.

Son xəbərlər

Orphus sistemi