"Qarabağ" albaniyalı qapıçı ilə maraqlandığına dair xəbərə reaksiya verdi

"Qarabağ" albaniyalı qapıçı ilə maraqlandığına dair xəbərə reaksiya verdi Qarabağ klubu Türkiyənin Menemenspor komandasının futbolçusu Gentian Selmaniyə təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Futbol
214
12 May , 2020 14:16
Qarabağ albaniyalı qapıçı ilə maraqlandığına dair xəbərə reaksiya verdi

"Qarabağ" klubu Türkiyənin "Menemenspor" komandasının futbolçusu Gentian Selmaniyə təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib.

O, albaniyalı qapıçının klubun gündəmində olmadığını söyləyib: "Ola bilsin, bu, agentlər arasında spekulativ hərəkətdir. "Qarabağ" adıçəkilən qolkiperlə maraqlanmayıb".

Qeyd edək ki, dünən I liqada mübarizə aparan "Menemenspor"un baş məşqçisi Cenk Laleci "Qarabağ"ın 21 yaşlı qapıçıya təklif göndərdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi