“Qarabağ” rəsmisi ECA-nın Yarış İşçi Qrupuna üzv seçilib

“Qarabağ” rəsmisi ECA-nın Yarış İşçi Qrupuna üzv seçilib Asif Əsgərov "Real Madrid" və "Qalatasaray" rəsmiləri ilə birgə çalışacaq
Futbol
2233
10 Oktyabr , 2017 14:34
“Qarabağ” rəsmisi ECA-nın Yarış İşçi Qrupuna üzv seçilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna üzv seçilib.

“Report” Ağdma təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, 49 nəfər namizəd arasından seçilən “altılıq”da yer alıb. A.Əsgərov ECA-da Azərbaycanı və “Qarabağ”ı təmsil edəcək.

Qeyd edək ki, Yarış İşçi Qrupuna İspaniyanın “Real Madrid” klubundan Emilyo Butraqenyo, Yunanıstan PAOK-dan Lüboş Mixel, Türkiyə təmsilçisi “Qalatasaray”dan Cenk Ergün, İtaliya “Yuventus”dan Ruzo Lombardo və İsveç “Malmö”sündən Nikas Karlsson seçilib.

Son xəbərlər

Orphus sistemi