"Qarabağ" qələbə sayəsində "Neftçi"yə çatdı

"Qarabağ" qələbə sayəsində "Neftçi"yə çatdı Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub
Futbol
133
25 Fevral , 2021 20:20
Qarabağ qələbə sayəsində Neftçiyə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

"Report" xəbər verir ki, turun sonuncu matçında "Qarabağ" "Səbail"i qəbul edib.

"Azersun Arena"da keçirilmiş matç Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xayme Romero 72-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 33-ə yüksəldib və lider "Neftçi"yə çatıb.

Qeyd edək ki, günün digər oyunlarında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi