"Qarabağ" qələbə sayəsində "Neftçi" ilə xal fərqini artırdı

"Qarabağ" qələbə sayəsində "Neftçi" ilə xal fərqini artırdı Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub
Futbol
288
11 Aprel , 2021 21:10
Qarabağ qələbə sayəsində Neftçi ilə xal fərqini artırdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb. "Köhlən atlar" fasilədən dərhal sonra - 46-cı dəqiqədə ikinci qolu vurublar. Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib. 59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi mimimuma endirib. 71-ci dəqiqədə Zubir dubl edib. 7 dəqiqə sonra isə Filip Ozobiç çətin vəziyyətdən qapını dəqiq nişan alıb. Xorvatiyalı yarımmüdafiəçi eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Qarabağ" zirvədə bir qədər də möhkəmlənib. Artıq bu komandanı ikinci sıradakı "Neftçi"dən 3 xal ayırır. "Sumqayıt" isə 29 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Zirə" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Ötən gün keçirilən qarşılaşmalarda isə "Neftçi" səfərdə "Qəbələ" ilə 2:2, "Səbail" isə "Sabah"la 0:0 hesablı bərabərliyə razılaşıb.

Son xəbərlər

Orphus sistemi