"Qarabağ" - "Qəbələ" oyununun başlama saatı açıqlanıb

"Qarabağ" - "Qəbələ" oyununun başlama saatı açıqlanıb Tura "Kəpəz" - "Neftçi" oyunu ilə start veriləcək
Futbol
23 Noyabr , 2016 15:15
Qarabağ - Qəbələ oyununun başlama saatı açıqlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. 

"Report"un məlumatına görə, tura noyabrın 27-də start veriləcək.

Açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları qarşılaşacaq. Turun mərkəzi görüşündə isə "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək. Üç günü əhatə edəcək turun bütün görüşləri "CBC Spor" kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XIII tur

27 noyabr

14:00. "Kəpəz" - "Neftçi"

Gəncə şəhər stadionu

16:00. AZAL - "Sumqayıt"

"AZAL Arena"

28 noyabr

17:00. "Zirə" - "İnter"

Zirə İdman Kompleksinin stadionu

29 noyabr

19:00. "Qarabağ" - "Qəbələ"

"Azərsun Arena"

Son xəbərlər

Orphus sistemi