“Qarabağ” - “Qəbələ” matçının vaxtı açıqlanıb

“Qarabağ” - “Qəbələ” matçının vaxtı açıqlanıb XXV turun görüşləri iki gün ərzində keçiriləcək
Futbol
4 Aprel , 2017 17:46
“Qarabağ” - “Qəbələ” matçının vaxtı açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyun cədvəli müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həftənin görüşləri iki gün ərzində keçiriləcək. "Qarabağ" və "Qəbələ" komandaları arasındakı mərkəzi qarşılaşma aprelin 9-da saat 20:30-da başlanacaq. 

Azərbaycan Premyer Liqası

XXV tur

9 aprel (bazar)

16:00 “Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu

20:30 “Qarabağ” – “Qəbələ”

Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)


10 aprel (bazar ertəsi)

15:00 “Zirə” – “İnter”

Zirə İdman Kompleksinin stadionu (CBC Sport / canlı)

17:30 AZAL – “Sumqayıt”

“AZAL Arena” (CBC Sport / canlı)

Son xəbərlər

Orphus sistemi