"Qarabağ" - "Qəbələ" matçı təxirə salındı

"Qarabağ" - "Qəbələ" matçı təxirə salındı Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu “Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salını
Futbol
5 Dekabr , 2020 14:13
Qarabağ - Qəbələ matçı təxirə salındı

Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ağdam klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş tutmayacaq.

Bu isə deməkdir ki, ölkə çempionatında XII turun bütün qarşılaşmaları planlaşdırılan tarixdə keçirilməyəcək. Turun oynanılacağı vaxtla bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" oyunları eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi