"Qarabağ qaziləri" futbol komandası ilə "Tbilisi" komandası arasında yoldaşlıq görüşü keçirilib

"Qarabağ qaziləri" futbol komandası ilə "Tbilisi" komandası arasında yoldaşlıq görüşü keçirilib Bakı. 10 may. REPORT.AZ/ Xırdalan şəhərindəki Abşeron Olimpiya Kompleksində Qarabağ qaziləri amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət amputant Tbilisi komandası arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.
Futbol
10 May , 2018 20:56
Qarabağ qaziləri futbol komandası ilə Tbilisi komandası arasında yoldaşlıq görüşü keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Xırdalan şəhərindəki Abşeron Olimpiya Kompleksində "Qarabağ qaziləri" amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət amputant "Tbilisi" komandası arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

"Report"un məlumatına görə, Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat Komitəsinin təşkilatçılığı ilə keçirilən və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan qarşılaşma "Qarabağ qaziləri" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yarışdan əvvəl açılış mərasimi təşkil olunub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat komitəsinin sədri, eləcə də Müdafiə, Gənclər və İdman nazirliklərinin və AFFA-nın əməkdaşları, Azərbaycan Respublikasının Milli qəhrəmanları, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyəti iştirak ediblər. Yarışdan öncə Olimpiya İdman Kompleksində abşeronlu gənclərin ümummilli liderə həsr etdikləri əl işləri və rayon idmançılarının nailiyyətləri sərgilənib.

Yoldaşlıq oyunu başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycan xalqının müstəqilliyi uğrunda döyüşmüş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan və Gürcüstan respublikalarının dövlət himni səsləndirilib. Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, ehtiyatda olan polkovnik - leytenant Elmar Hüseynov çıxış edərək idmançılara uğurlar arzulayıblar. Yarışın sonunda Təşkilat Komitəsi tərəfindən qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, Şəhid, Əlil və Veteranlar Birliyi 1999-cu ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi