"Qarabağ" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.
"Report"un Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ona xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Balayevin Qazaxıstanın "Turan" komandasına keçəcəyi gözlənilir.