"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb Qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək
Futbol
307
22 Noyabr , 2021 14:35
Qarabağ - Omoniya oyununun hakimləri açıqlanıb
Morten Krox

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:

Baş hakim: Morten Krox

Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen

Dördüncü hakim: Yorgen Dauqberq Burxardt

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi