"Qarabağ" - "Neftçi" matçının vaxtı dəqiqləşdi

"Qarabağ" - "Neftçi" matçının vaxtı dəqiqləşdi Futbol üzrəPremyer Liqada XV turun oyun cədvəli məlum oldu.
Futbol
3 Fevral , 2021 14:14
Qarabağ - Neftçi matçının vaxtı dəqiqləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub.

"Report" xəbər veri ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

XV tura “Sumqayıt” – “Səbail” matçı ilə start veriləcək. Həmin gün Azərbaycan derbisində “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcək.

Tura növbəti gün keçiriləcək “Qəbələ” – “Keşlə” və “Zirə” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XV tur
13 fevral (şənbə)

18:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

14 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi