"Qarabağ" - "Neftçi" matçının hakimləri açıqlandı

"Qarabağ" - "Neftçi" matçının hakimləri açıqlandı Azərbaycan Premyer Liqasının XV turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatları diqqətinizə çatdırırıq
Futbol
12 Fevral , 2021 13:58
Qarabağ - Neftçi matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında XV turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalar üçün bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü yeni beynəlxalq dərəcəli hakim Elçin Məsiyevə həvalə olunub. Təcrübəli FIFA referisi Əliyar Ağayev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

3 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sumqayıt, "Kapital Bank Arena"

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kərim Ağayev

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.

Son xəbərlər

Orphus sistemi