"Qarabağ" - "Neftçi" matçının saatı və stadionu açıqlanıb

"Qarabağ" - "Neftçi" matçının saatı və stadionu açıqlanıb Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib.
Futbol
28 Yanvar , 2019 14:59
Qarabağ - Neftçi matçının saatı və stadionu açıqlanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tur iki günü əhatə edəcək. Açılış matçında "Zirə" "Sabah"ı qəbul edəcək. 

Cari tura mərkəzi qarşılaşma hesab olunan “Qarabağ” – “Neftçi” görüşü ilə yekun vurulacaq. 

2 fevral (şənbə)

16:30. “Zirə” – “Sabah”

Zirə İdman Kompleksinin stadionu


19:00. “Keşlə” – “Səbail”

“ASK Arena”


3 fevral (bazar)

14:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu, 

18:30. “Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi