“Qarabağ” - “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq

“Qarabağ” - “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Futbol
101
14 Sentyabr , 2019 15:31
“Qarabağ” - “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

"Report" xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi