​"Qarabağ" - "Monako" oyununa 22 min bilet satılıb

​"Qarabağ" - "Monako" oyununa 22 min bilet satılıb Biletlərin qiyməti sektorlardan asılı olaraq 1, 2, 3, 5, 10 və 20 manatdır
Futbol
5 Noyabr , 2015 16:47
​Qarabağ - Monako oyununa 22 min bilet satılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və Fransanın "Monako" klubu arasında keçiriləcək oyuna 22 min bilet satılıb. Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1, 2, 3, 5, 10 və 20 manatdır. VİP oturacaqlara isə biletin qiyməti 50 manatdır.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi