"Qarabağ" - "Molde" oyunu neytral meydanda keçirilə bilər

"Qarabağ" - "Molde" oyunu neytral meydanda keçirilə bilər UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Mölde" oyunu Bakıda olmaya bilər.
Futbol
1257
31 Avqust , 2020 15:14
Qarabağ - Molde oyunu neytral meydanda keçirilə bilər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Molde" oyunu Bakıda keçirilməyə bilər.

"Report" xəbər verir ki, "Smp.no" saytı qarşılaşmanın neytral meydanda təşkil olunmasının mümkünlüyünü iddia edib.

Buna səbəb odur ki, Norveç klubu Azərbaycan səfərindən sonra 10 günlük karantində olmalıdır. Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan matç fərqli məkanda oynanıla bilər.

Norveç Futbol Federasiyasının Yarışların Təşkili Departamentinin sədri Nils Fisketyönn də "Aftenposten.no" nəşrinə açıqlamasında məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, Bakıya səfər klub üçün heç də asan olmayacaq: "Mövcud qaydalara əsasən, Şengen və Avropa İqtisadi Zonasından çıxdıqdan sonra karantin istisnalarımız yoxdur. Bu, o deməkdir ki, "Molde" evə qayıtdıqdan sonra on gün ərzində avtomatik karantinə alınacaq. Burada nəzəri bir seçim var: UEFA Polşa, Macarıstan, Yunanıstan və Kiprdə bir sıra ehtiyat arenalar təqdim edib. Macarıstan hazırda yaşıl zonadır. Bu səbəbdən, oyunun orada təşkili üçün müraciət etmək olar. Sonra testləşdirmə ilə bağlı mövcud qaydalara riayət etməlisiniz və s. İndi klub vəziyyətə baxmalı və bunu qiymətləndirməlidir. Son qərarı UEFA verəcək".

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-də və ya 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi