"Qarabağ" - "Molde" matçının vaxtı məlum oldu

"Qarabağ" - "Molde" matçının vaxtı məlum oldu "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib.
Futbol
718
1 Sentyabr , 2020 09:42
Qarabağ - Molde matçının vaxtı məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib. 

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, qarşılaşmanın böyük ehtimalla, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20:00-da başlayacağını söyləyib. 

Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb: "Biz matçı 16 sentyabr saat 20:00-a təyin etmək istədiyimizi Avropa futbol qurumuna bildirmişik. Son qərarı isə UEFA verəcək".  

Qeyd edək ki, "Molde" "Qarabağ"la matçın neytral meydana təyin olunmasını istəyib, Ağdam klubu buna rədd cavabı verib. 

Son xəbərlər

Orphus sistemi