"Qarabağ" meydana hərbi geyimdə çıxıb, şəhidlərin xatirəsi yad edilib

"Qarabağ" meydana hərbi geyimdə çıxıb, şəhidlərin xatirəsi yad edilib Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunun "Keşlə" - "Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.
Futbol
983
25 Sentyabr , 2021 17:09
Qarabağ meydana hərbi geyimdə çıxıb, şəhidlərin xatirəsi yad edilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Keşlə" - "Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.

"Report"un məlumatına görə, qonaq komanda meydana hərbi geyimdə çıxıb. Həmçinin futbolçular üzərində "Qəhrəmanları olan Vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar.

Daha sonra Dövlət Himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi