"Qarabağ" - "Linfild" oyununun hakim təyinatları açıqlanıb

"Qarabağ" - "Linfild" oyununun hakim təyinatları açıqlanıb Qarabağın UEFA Avropa Liqasında Şimali İrlandiya Linfildinə qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Futbol
24 Avqust , 2019 03:49
Qarabağ - Linfild oyununun hakim təyinatları açıqlanıb

"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiya "Linfild"inə qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə olunub. 

Baş hakim Sergey İvanova Roman Usaçov və Valeri Dançenko yan xətt, Sergey Lapoçkin isə dördüncü hakim qismində yardımçı olacaq. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda "Linfild" qalib gəlib: 3:2.

Son xəbərlər

Orphus sistemi