"Qarabağ" - "Lex" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Lex" oyununun biletləri satışa çıxarılıb "Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.
Futbol
27 İyun , 2022 09:14
Qarabağ - Lex oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

"Report"un məlumatına görə, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və və 20:00-dək davam edəcək.

Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi