“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.
“Report” klubun saytına istinadən xəbər verir ki, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.
Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.