“Qarabağ”la oyunlara görə BATE-nin Belarus Kubokundakı matçı təxirə salınıb

“Qarabağ”la oyunlara görə BATE-nin Belarus Kubokundakı matçı təxirə salınıb Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq BATE komandasının Belarus Kubokundakı matçı təxirə salınıb.
Futbol
7 Avqust , 2018 11:32
“Qarabağ”la oyunlara görə BATE-nin Belarus Kubokundakı matçı təxirə salınıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq BATE komandasının Belarus Kubokundakı matçı təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə 1/8 finalda Borisov təmsilçisi ilə görüşməli olan “Qorodeya”nın “Twitter” səhifəsi məlumat yayıb. Avqustun 11-i və ya 12-də baş tutmalı oyun başqa tarixdə keçiriləcək.

Dəyişikliyin BATE-nin avqustun 14-də evdə “Qarabağ”a qarşı keçirəcəyi matça daha yaxşı hazırlaşmaq məqsədi ilə olduğu bildirilir.

Qeyd edək ki, “Qarabağ” avqustun 10-da Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Zirə”ni qəbul edəcək. Ağdam təmsilçisi bu oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməyib.

Son xəbərlər

Orphus sistemi