"Qarabağ"la oyunda "Vorskla"nı 100 azarkeş dəstəkləyəcək

"Qarabağ"la oyunda "Vorskla"nı 100 azarkeş dəstəkləyəcək Hələlik 15 min bilet satılıb
Futbol
101
22 Oktyabr , 2018 15:00
Qarabağla oyunda Vorsklanı 100 azarkeş dəstəkləyəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ukraynanın "Vorskla" komandasını Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin III tur matçında 100 azarkeş dəstəkləyəcək.

Ağdam klubunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Poltava tərəfi tribunada məhz bu qədər yer istəyib. 

Oyuna isə hələlik 15 min bilet satılıb. 

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. 

Daha əvvəl "Vorskla" klubunda futbolçuların maaşlarının gecikdirildiyi məlum olub.  


Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi