"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq

"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq "Arsenal" rəsmi oyun üçün ən uzun məsafə qət edəcək
Futbol
27 Sentyabr , 2018 15:46
Qarabağla oyun Məsut Özil üçün əlamətdar olacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun İngiltərənin "Arsenal" klubu üçün iki məqamla əlamətdar olacaq. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. 

"Arsenal" klubu həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək. London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək. 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi