"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir

"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın Qarabağ klubu transfer çalışmalarını davam etdirir.
Futbol
20 Yanvar , 2020 09:56
Qarabağ La Liqa klubunun hücumçusunu transfer edir

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın "Qarabağ" klubu transfer çalışmalarını davam etdirir.

"Report"un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes" klubunun futbolçusu Kvabena Ousunu transfer etməyə yaxındır.

Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını "Kordoba" klubunda icarə əsasında oynayıb. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan K.Ousu 6 qola imza atıb.

Qeyd edək, "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.

Son xəbərlər

Orphus sistemi