“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satılıb

“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satılıb Bakı. 27 iyul. REPORT.AZ/ Qarabağ klubunun Albaniya Kukesisi ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.
Futbol
27 İyul , 2018 14:56
“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satılıb
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ "Qarabağ" klubunun Albaniya "Kukesi"si ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra üç gün ərzində alınıb. Qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5  və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Arenanın tutumu 31200 nəfər təşkil edir. 

Qeyd edək ki, avqustun 1-i keçiriləcək “Qarabağ” - “Kukesi” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi