"Qarabağ" "Kukesi" ilə oyunun canlı yayımının təşkili üçün ilkin razılıq əldə edib

"Qarabağ" "Kukesi" ilə oyunun canlı yayımının təşkili üçün ilkin razılıq əldə edib Bakı. 25 iyul. REPORT.AZ/ “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Kukesi” ilə keçirəcəyi ilk oyun Azərbaycanda canlı yayımlanacaq.
Futbol
25 İyul , 2018 15:06
Qarabağ Kukesi ilə oyunun canlı yayımının təşkili üçün ilkin razılıq əldə edib
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Kukesi” ilə keçirəcəyi ilk oyun Azərbaycanda canlı yayımlanacaq.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın ölkədə yayımlanması üçün heç bir yerli telekanal qarşı tərəflə razılaşmayıb.

Azarkeşlərin istəyini nəzərə alan “Qarabağ” rəhbərliyi və sponsor “Azərçay” yayım məsələsini öz üzərinə götürərək, Albaniya telekanalı ilə danışıqlara başlayıb. Artıq danışıqların ilk mərhələsi uğurlu alınıb.

Bu gün saat 21:00-da başlayacaq matçı “Azərçay”ın sponsorluğu ilə "CBC Sport"un yayımlayacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi